Azecolab Strukturu

Şöbələrimiz Haqqında Daha Ətraflı

Azecolab Mikrobiologiya Laboratoriyası bakterioloji testlərlə ixtisaslaşmışdır. Azecolab Mikrobiologiya Laboratoriyasında tətbiq olunan bütün bakterioloji identifikasiya və hesablama metodları ISO 17025 akkreditasiyasına uyğun aparılır. İçməli su, çirkab suyu, dəniz suyu, səth suyu, qida, yaxma və havanın təhlili üçün testlər mütəxəssis laboratoriya heyətimiz tərəfindən aparılır. Azecolab Mikrobiologiya Laboratoriyasının baş mütəxəssisi Mikrobiologiya elmləri üzrə fəlsəfə doktorudur. Müştərilərimizin istəyini nəzərə alaraq, həm klassik metodlarla, həm də laboratoriyamızda mövcud olan avadanlıqların köməyi ilə sürətli üsullarla testlər həyata keçirə bilərik.

Təcrübəli laboratoriya testlərinin keyfiyyətini nümayiş etdirmək üçün, Azecolab qlobal etibarlı olan Təşkilatların təşkil etdiyi ixtisas səviyyəsinə uyğun test proqramlarında iştirak edir. Əlavə olaraq, Azecolab Mikrobiologiya Laboratoriyasında tətbiq olunan xüsusi əməliyyatları həyata keçirmək üçün, xüsusi ‘daxili keyfiyyətə nəzarət’ proqramı tətbiq edir: buna ərazi sterilliyi yoxlamaları, medianın pozitiv/neqativ nəzarəti və s. daxildir.

Mikrobiologiya Laboratoriyamızda test edilən parametrlərin siyahısı aşağıda qeyd olunmuşdur:

  • Bütün növ su nümunələrində Koliformalar və Bağırsaq çöpləri;
  • Su nümunələrində heterotopik bakteriyalar, Entrococci (Fekal Streptococcus), Pseudomonas aeruginosa və Legionella;
  • Qida nümunələrində Koliformalar, Bağırsaq çöpləri, Salmonella, Staphylococcus aureus, Ümumi Bakteriya sayı, Maya və Kif;
  • Yaxma nümunələrində Bağırsaq çöpləri, Staphylococcus aureus, Ümumi Bakteriya sayı;
  • Müştərinin təyin etdiyi bakteriyalar üçün hava keyfiyyəti testləri.

Azecolab, Azərbaycanda Legionella analizi üçün yeganə akkreditə olunmuş laboratoriyadır.