Xidmətlərimiz

Haqqımızda bilməli olduqlarınız

Azecolab müştərilərinə yüksək təcrübəli və ixtisaslı mütəxəssislər komandası ilə apardığı portativ cihaz testini təqdim edir. Azecolab, hər bir sınaqdan keçirdiyi cihaz üçün izləniləbilən yoxlama sertifikatı verir. Sertifikatlar müştərinin tələb etdiyi dildə (adətən azərbaycan dilində və ya ingilis dilində) təqdim olunur.

Azecolab PAT testi üçün dəqiq və layiqli dərəcələri təklif edir.

PAT nədir?

Portativ cihaz testi (PAT), istifadə üçün təhlükəsiz olmasını təmin etmək üçün elektrikli alətlərin və avadanlığın yoxlanılmasını təsvir etmək üçün istifadə olunan termindir. Elektriklə bağlı təhlükəsizlik qüsurlarının əksəriyyəti vizual yoxlama nəticəsində müəyyən edilə bilər, amma bəzi qüsurları yalnız test vasitəsi ilə müəyyən etmək mümkündür.

Dünyadakı yanğın statistikasına görə, binalarda təsadüfi yanğınların əsas səbəbi qüsurlu texnika və elektrik avadanlıqlarının yanlış istifadəsidir.

Beynəlxalq aktlar və qaydalar

1974-cü ildəki Sağlamlıq və İş Təhlükəsizliyi Qanunda nəzərdə tutulduğu kimi, qayğı vəzifəsi həm işəgötürən, həm də işçi üçün təyin olunan ‘vəzifəli şəxslərin’ borcudur, bununla yanaşı bina və avadanlıqları istifadə edən bütün şəxslərin təhlükəsizliyini onlar təmin etməlidirlər. Yoxlama və testin səviyyəsi, portativ qurğunun cihazın tipinə, istifadə qaydalarına və istifadə olunan mühitdən asılı olaraq qüsur yarada bilən riskdən asılıdır.

1989-cu ildə elektrik enerjisi qaydalarına əsasən, zədələnməyə səbəb ola biləcək hər hansı bir elektrik qurğu təhlükəsiz mühitdə saxlanılmalıdır. Aşağı risk mühitində vizual yoxlama, yalnız heyətin səlahiyyətli üzvü tərəfindən həyata keçirilə bilər. Amma ümumi yoxlama və test daha çox məlumat və təcrübə tələb edir.

Yoxlamanın tezliyi

Yoxlama və testin tezliyi avadanlığın tipindən və istifadə olunan mühitdən asılıdır. Məsələn, tikinti sahələrində istifadə olunan elektrik avadanlığı, mehmanxana otağınındakı lampadan daha tez-tez yoxlanılmalır. Tövsiyə olunan və sınaqdan keçirilmiş tezliklərə dair təlimat üçün baxın: http://www.hse.gov.uk sənəd – Portativ və nəql olunan elektrik avadanlıqlarının saxlanılması.

Tibbi cihazların elektrik təhlükəsizliyi testləri

Tibbi cihazların düzgün işləməsini təmin etmək üçün xüsusi elektrik təhlükəsizliyi testləri zəruridir. Azecolab tibbi cihazların elektrik təhlükəsizliyi testlərini yerinə yetirmək üçün ISO 60601-1 uyğun prosedur tətbiq edir. Elektrik təhlükəsizliyi testləri Azecolab ISO 17025 akkreditasiya sahəsinə daxildir.