Azecolab kalibrləmə laboratoriyası, təlim keçmiş, təcrübəli mütəxəssisləri ilə avadanlıq testləri, kalibrlənməsi və texniki xidmətləri göstərir. Bütün əməloyyatlar beynəlxalq standartlara və metodlara uyğun olaraq, istehsalçıların təlimatlarına əsasən sənədləşdirilir. Bütün kalibratorlar və laboratoriyada tətbiq olunan standartlar, əldə edilən məlumatların Azecolab’ın test/kalibrləmə sertifikatlarına uyğun keçirilməsinə zəmanət verir.
Tibbi avadanlıqların testi
Azecolab ISO metodlarına əsasən, ümumdünya etibarlı istehsalçılarının analizatorları və simulyatorları tətbiq edərək tibbi avadanlıq testi xidmətləri göstərir. Səlahiyyətli avadanlıq istehsalçılarının təlim mərkəzlərində təlim keçmiş mütəxəssislərimiz, müştərilərimizin avadanlıqlarını yerində sınaqdan keçirir. Xidmətlərimizdən istifadə edən tibbi müəssisələr aşağıda sadalananlardan yararlanacaq:
- Xəstələri keyfiyyətli və təhlükəsiz tibbi xidmətlərlə təmin etmək;
- Azeolab dövlət akkreditasiyasına əsasən milli tələblərə cavab vermək;
- Azecolab tərəfindən yoxlanılan tibbi cihazlar üçün ümumi sertifikat almaq;
- Uğursuzluqla nəticələnən avadanlıq testləri üçün təmir tövsiyəsi və ümumi hesabat almaq.
Azecolab beynəlxalq akkreditasiyalarını, 2017-ci ildən tibbi avadanlıq test xidmətləri üzrə layiq görüldüyü beynəlxalq akkreditasiyası ilə zənginləşdirmişdir.
2017-ci ilin mart ayında, Azecolab, beynəlxalq laboratoriya müqayisəsi (inter-laboratory comparison) layihəsində uğurla iştirak etmiş təcrübəli laboratoriyalardan biri olub. Nümayiş zamanı Azecolab’ın 100% qənaətbəxş nəticələr əldə etməsi, bu sahədə olan təcrübəsinin göstəricisidir.
Səsin kalibrlənməsi, lyuks, pH, DO, conductivity, bulanıqlıq sayğacları və s.
Azecolab müxtəlif növ portativ avadanlıqların kalibrlənməsini yerinə yetirir. Kalibrləmə ISO metodlarına uyğun olaraq, sertifikatlaşdırılmış standartlardan istifadə edən istehsalçıların tövsiyə etdiyi təlimatlara əsasən aparılır. Azecolab tərəfindən verilən kalibrləmə sertifikatlara, izlənilən ölçmə nəticələri daxildir.
Alkotesterlərin kalibrləməsi və təmiri
Azecolabın istehsalçı tərəfindən sertifikat almış mütəxəssisləri, ABŞ-ın alkotester istehsalçısı olan Intoximeters, Inc. şirkətinin cihazlarının texniki xidmətini həyata keçirir. Intoximeters, Inc. şirkəti ilə müqaviləmiz əsasında, hər hansı bir hissəsini alınması və təmir edilməsi qısa müddət içində həyata keçirilir. Azecolab tərəfindən verilən kalibrləmə sertifikatlarına, izlənilən ölçmə nəticələri daxildir. Kalibrləmə üçün yalnız təsdiq edilmiş kalibrləmə qazlarından istifadə olunur.