Xidmətlərimiz

Haqqımızda bilməli olduqlarınız

Kənd Təsərrüfatı Xidmətləri

Kənd təsərrüfatı sektoru Azərbaycan üçün ən perspektivli sənaye sektorudur. Azərbaycan öz əla iqlim şəraiti və uzunmüddətli artım mövsümü ilə müxtəlif məhsullar istehsal edir. Azecolab ən zəngin akkreditasiya sahəsinə sahib dünya səviyyəsində etibarlı laboratoriya olmaqla, kənd təsərrüfatı sahibkarlarına, aqronomlara və fermerlərə nümunə götürmə, test, yerində ölçmə xidmətləri təklif edir. Azecolab xüsusi müştərilərin istəkləri üçün istifadə edilə bilən səyyar laboratoriyaya malikdir.

Torpaq nümunələri və testləri

Bitkilər, tam yetişməsi üçün qida maddələri və məqbul torpaq pH səviyyəsi tələb edir. Torpaq testi bitki və mövcud sahə şəraitinə əsasən istifadə olunacaq gübrənin miqdarını öyrənmək üçün ən yaxşı vasitədir. Buna görə də, gübrə istifadə etməzdən öncə, Azecolab, sahibkarlara, agronomlara, fermerlərə torpaq nümunələrini laboratoriyamıza test olunması göndərməyi tövsiyə edir. Torpaqlarını test edərək, müştərilərimiz hansı qida maddələri və nə qədər torpağa tətbiq olacağını öyrənə bilərlər.

Torpaq testi etməklə hansı məlumatları alacaqsınız?

Torpaq testi torpağın qida tutma miqdarını ölçür və torpaqdan səmərəli istifadə etməyə kömək edir. Torpağın test hesabatına əsasən əhəng və gübrə tövsiyələri, lazımi məhsuldarlıq, bəslənmə səviyyələri və lazımi pH əsasında aparılır.

Təklif olunan torpaq testləri

Torpaq nümunələri adətən onların pH dərəcəsi, nitrat azot, fosfor, potasium, kalsium, maqnezium, sodium, həll olunan duzlar və müştəri tələblərinə əsasən digər parametrləri ilə aparılır.

Su nümunələri və testləri

Kənd təsərrüfatı üçün nəzərdə tutulan su təhlili, suvarma sistemlərində istifadəyə yararlı olub olmadığını göstərir. Azecolab su nümunələrinin yerində və laboratoriyada testlərini aparır. Suvarma üçün uyğunluq paketləri aşağıdakilər üçün testləri əhatə edir:

  • pH
  • Elektrik keçiriciliyi
  • Kalsium
  • Nitrat-N
  • Nitrit-N
  • Maqnezium
  • Sodium
  • Potasium
  • Xlorid
  • Sülfat
  • Ümumi Həll Olunmuş Bərk Cismlər (TDS)
  • Bərklik
  • Bikarbonat

Gübrə Testi

Torpaq təbii olaraq azot, fosfor, kalsium və potasium kimi bir çox qida maddələrindən ibarətdir. Bu qida maddələri bitkilərin böyüməsinə imkan verir. Torpağın qidaları əksik və ya qısa müddətli olduqda bitkilər qida çatışmazlığından əziyyət çəkir və böyüməyi dayandırır. Qidalanma səviyyəsi çox aşağı olduqda, torpağın məhsuldarlığını təmin edən müxtəlif mənbələrdən (üzvi maddələr, kimyəvi gübrələr, hətta bəzi bitkilər) qidalar əlavə olunmalıdır. Bu zaman doğru gübrə seçmək çox vacibdir. Gübrə istifadəsi çox bahalıdır və düzgün istifadə edilmədikdə ətraf mühitə zərər verə bilər. Buna görə, gübrə əlavə etməzdən öncə onun fiziki və kimyəvi xarakteristikasını bilmək lazımdır. Laboratoriya testi gübrənin agronom bitkilərə və ətraf mühitə potensial mənfi təsirlərin qarşısını almaq üçün doğru zamanda, doğru miqdarda istifadəsini hesablaya bilir. Azecolab bütün əsas gübrələrin qruplarını (məsələn, azot əsaslı gübrələr, fosfat əsaslı gübrələr, AFP və s.) sınaqdan keçirir.

Eko-toksikoloji testlər

Subirəsi tipik olaraq şirinsu orqanizmidir. Azecolab müştərilərinə OECD 202 uyğun olaraq 48 saat aparılan Daphnia magna testini təqdim edir. Bu orqanizmi Kənd təsərrüfatı kimyəvi maddələrinin toksikliyi ölçmək üçün faydalı su orqanizmidir. Bütün dünyada bu eko-toksikoloji test kənd təsərrüfatı biznesində tətbiq olunan pestisidlər daxil olmaqla müxtəlif kimyəvi maddələr üçün aparılır.