Ətraf-Mühit Monitorinqi

Gamma-spektrometriya və fon radiasiyası

Azecolab gamma-spektrometr analizi və fon radiasiya ölçmə metodları üzrə ISO 17025 akkreditasiyasına malikdir. Prosedurlarımız qlobal olaraq tanınmış və qəbul olunmuş metodlara əsasən aparılır. Habelə bütün mütəxəssislərimiz bu xidmətlər üzrə beynəlxalq təlim və təcrübəyə malikdirlər. Azecolabın Beynəlxalq Atom Enerjisi Agentliyi və Radiasiya Problemləri İnstitutu (AMEA) ilə tərəfdaşlıq müqavilələrinə əsasən mütəxəssislərimiz bu təşkilatlar tərəfindən təşkil edilən konfrans və seminarlarda iştirak edirlər.

Azecolab radionuklidlər üzrə ixtisas testləri layihələrində iştirak edir və nəticələrin 100% -ni müvəffəqiyyətlə keçir.

NORM (Təbii olaraq meydana gələn radioaktiv material) qiymətləndirmə xidmətləri

Azecolab NORM qiymətləndirmə xidmətlərində laboratoriya kimi iştirak edir.

NORM qiymətləndirməsinin məqsədi

Demək olar ki, bütün təbii olaraq meydana gələn materialların tərkibində bir sıra fərdi uzunömürlü radionuklidlərindən olan potassium-40 və təbii parçalanma qrupları nəticəsində yaranan radionuklidlər mövcuddur (məsələn, uran-238, uran-235, torium-232 və parçalanma  məhsulları olan radyum-226 və radyum-228). Bu materialları ehtiva edən mineralların çıxarılması və/və ya emal edilməsi radionuklid kimi tullantıların yaranmasına səbəb olur. Tez-tez emal olunma NORM-un tullantılardakı orijinal materialla müqayisədə konsentrasiyasını artıra bilər. Böyük həcmli materialların istifadəsi ilə mineral ehtiyatlarının çıxarılması və emalı adətən böyük həcmdə tullantıların çıxmasına səbəb olur, hansı ki, adətən yer üzünə atılır. İnsanın radionuklidlərə ifşası qazlı emmanasiya yaradan radon-222 tullantısı vasitəsilə və ya radionuklidlərin yağış suları vasitəsi ilə su ehtiyatlarına sızması və ehtimal ki, yeməkxanalara kimi çata bilməsidir.

NORM-a aid müxtəlif situasiyalar mövcuddur ki, qiymətləndirilməsi üçün potensial radiasiya dozalarını tələb edir:

  • mineralların hasilatı və emalından yaranan qalıqların yerüstü saxlanması;
  • NORM tərkibli tullantı yığınlarının təmizlənməsi; və
  • NORM tərkibli tullantılarla qazılmış çuxurların doldurulması, tikinti materialları kimi istifadəsi, yol tikintisi üçün istifadəsi və s.

Bütün hallarda NORM-dan yarana bilən radionuklidlərin mövcud və gələcək davranışlarını başa düşmək lazımdır ki, insanın radiasiyaya məruz qalmasından qorunması üçün vaxtında addımlar atılsın. Əksər radionuklidlərin uzun ömürlü təbiətini nəzərə alaraq, qiymətləndirmələr uzun müddət boyunca həyata keçirilməlidir.