Qida təhlükəsizliyi çox ciddi problemlərə səbəb ola bilər. Hər yemək istehsalçısı, işçilərini nahar ilə təmin edən şirkətlər də daxil olmaqla qida keyfiyyətinə diqqət yetirməlidir. Qida keyfiyyətinə nəzarət etmək üçün Azecolab mikrobioloji testlər proqramını təklif edir. Bu testlər mətbəxlərdə real gigiyena və sanitariya şəraitini müəyyən edir. Tətbiq olunan sınaqlar qida üçün nəzərdə tutulmuş normativ aktlara əsasən aparılır.
Bakterioloji parametrlər (qida nümunəsi)
- Ümumi bakteriya sayı
- Ümumi koliformalar
- Escherichia coli (bağırsaq çöpləri)
- Staphylococcus aureus
- Salmonella
- Maya
- Kif
Qida keyfiyyəti proqramı yalnız nümunə götürmə və yemək testləri aparmaqla yekunlaşmır, həm də qida hazırlanan mühitin araşdırılması üçün çox faydalı bir üsul olan yaxma nümunələrinin götürülməsini də əhatə edir. Potensial çirklənmə mənbələrinin risk qiymətləndirməsini yerinə yetirmək üçün yaxma nümunəsi mətbəx masalarının səthindən, mətbəx ləvazimatlarından, mətbəx işçilərinin əllərindən, mətbəx işçilərinin formalarından və s. alına bilər. Toplanan yaxma nümunələrinə görə aşağıdakı mikrobioloji testlər aparılır:
Bakterioloji parametrlər (yaxma nümunəsi)
Ümumi koliformalar
Escherichia coli (bağırsaq çöpləri)
Staphylococcus aureus
Ümumi bakteriya sayı
Bu proqramın əhatə dairəsi nədir?
Bizim xidmətlərimizə aşağıdakılar daxildir:
Müştərilərin təyin etdiyi məkandan qida nümunələrinin götürülməsi;
Müştərilərin mətbəxlərindən yaxma nümunələrinin götürülməsi;
Bakterioloji (qida və yaxna nümunələri) testlərin aparılması;
Tədqiqatın nəticələri ilə tanış etmə və problemlərin həlli üçün məsləhət xidmətləri.
Bu proqramda kimlər iştirak edir?
Mehmanxanalar, restoranlar, məktəblər, universitetlər, katerinq xidmətləri, ərzaq istehsalçıları, işçilərini nahar ilə təmin edən şirkətlər, öz müştərilərinə ən yüksək xidmət göstərmək istəyən və insanların sağlamlığı və təhlükəsizliyin qeydinə qalmaq istəyən digər təşkilatlar.