Xidmətlərimiz

Haqqımızda bilməli olduqlarınız

Azecolab Xəzər dənizində dəniz tədqiqatlarının həyata keçirilməsində 10 ildən artıq təcrübəyə malikdir. Bu xidmətimizin əsas istifadəçiləri BP və Total şirkətləridir.

Beş ildən artıqdır ki, BP illik dəniz tədqiqatlarını Azecolabın nümunələr qrupu vasitəsi ilə həyata keçirir. Bütün dəniz layihələrinə hazır olan sertifikalı və təlim keçmiş 11 mütəxəssisimiz var.

Dənizdə aparılan tədqiqatların həyata keçirilməsi, bütün proses zamanı xüsusi qabiliyyət və təhlükəsizlik prosedurlarına tam riayət etməyi tələb edir. Bütün dəniz sorğu prosedurları sənədləşdirilmiş və öncədən müştərilərlə razılaşdırılmışdır.

Dənizdə aparılan tədqiqatlar adətən nümunə və yerində test xidmətlərini əhatə edir:

  1. Həm kimyəvi, həm də taksonomiya testləri üçün dib çöküntüsü nümunələrinin götürülməsi;
  2. Kimyəvi və taksonomiya testləri üçün su nümunələrinin götürülməsi;
  3. Dəniz suyu parametrlərinin yerində ölçülməsi: pH, keçiricilik və s.

Bütün toplanan nümunələr onların dəqiqliyini təmin etmək üçün lazımi qaydada idarə olunmalıdır. Toplanan nümunələr Azecolab’a dondurucularda gətirilir (kimyəvi testlər üçün) və müştəri ilə razılaşdırılmış cədvələ uyğun olaraq sınaqdan keçirilir. Azecolab 5 il ərzində dəniz çöküntülərinin nümunələrini arxivlərdə (dondurucularda) saxlamaq üçün lazımi anbarlara malikdir.

Dənizdə aparılan tədqiqatlar zamanı çöküntü və dəniz suyu nümunələrinə əlavə olaraq, Azecolab balıq monitorinqi layihələrində də təcrübəyə malikdir.