Ətraf-Mühit Monitorinqi

Ekotoksikologiya zəhərli kimyəvi maddələrin bioloji orqanizmlərə olan təsirinin öyrənilməsidir. Bu yanaşmanın əsas məqsədi çirklənmənin təsirlərini öncədən xəbər verə bilməkdir, hansı ki, hər hansı bir zərərli təsirin qarşısını almaq və ya aradan qaldırmaq üçün ən səmərəli və ən effektiv yolu müəyyən etməyə kömək edir.

Azecolab ISO 17025-lə akkreditə olunmuş və GLP-yə uyğun ekotoksikoloji laboratoriyasıyla aşağıda göstərilmiş toksik testlər üçün ixtisaslaşdırılmışdır:

  1. Xəzər Dənizi Suyunun Zooplankton Ekotoksikoloji testi – Calanipeda aquae dulcis (48saat LC50)
  2. Xəzər Dənizi Suyunun Fitoplankton Ekotoksikoloji testi – Chaetoceros tenuissimus (72saat EC50)
  3. Xəzər Çöküntülərinin Ekotoksikoloji testi – Pontogammarus maeoticus (96saat LC50)
  4. Şirinsuyun Zooplankton Ekotoksikoloji testi – Daphnia magna (48saat LC50)

Azecolab təcrübəli və təlim keçmiş heyyəti, həmçinin xüsusi dizayn olunmuş laboratoriyaları, kultivasiya və sabit temperatur otaqları ilə fəaliyyət göstərir. Bizim eyni zamanda böyük sayda nümunələri analiz etmək üçün bütün lazımi resurslarımız var.

Azecolabın bütün test prosedurları beynəlxalq qəbul edilmiş üsullara əsasən aparılır (ISO, EPA, OSPAR və OECD protokolları). Əlavə olaraq, xüsusi Xəzər bakteriya kultivasiyası artırma prosedurları zamanı CSEP nəzərə alınır.

Ekotoksikologiyanın ən vacib amillərdən biri LC/EC50 sayının hesablanmasının dəqiqliyini təmin etmək üçün, qlobal miqyasda etibarlı sayılan statistik məlumat təhlili proqramının istifadəsidir.  Azecolab Xəzər orqanizmləri üçün xüsusi əlavələr edilmiş beynəlxalq proqramlardan istifadə edir.

Azecolab həyata keçirdiyi testlərin keyfiyyətli təmin olunması üçün, referans toksikantlarından istifadə edir və  keyfiyyətə nəzarət diaqramları tərtib edir. Hər bir tədqiqatın sonunda bütün test nəticələri işin qəbul olunmuş etibarlılıq meyarlarına uyğun olaraq təsdiq edilir.

Azecolabın müştəriləri GLP protokolunda tələb olunduğu kimi, ekotoksikologiya ilə bağlı bütün sənədlərlə tam təmin edilir.