Xidmətlərimiz

Haqqımızda bilməli olduqlarınız

İş yerində sağlamlıq əsasən üç məqsədlə məşğul olur: işçinin sağlamlığı və iş qabiliyyətinin saxlanılması və təşviqi; iş mühitinin yaxşılaşdırılması, təhlükəsizliyə və sağlamlığa uyğunlaşdırılması; iş yerlərinin və iş mədəniyyətlərinin sağlamlığı və təhlükəsizliyini dəstəkləyən istiqamətdə inkişaf etdirilməsi və bununla da iş yerində müsbət ictimai mühit və səmərəli əməliyyat təmin etməyə, həmçinin müəssisələrin məhsuldarlığını artırmağa kömək etməsidir.

Azecolab, parametrləri ölçmək, nümunə götürmək və testlər aparmaqla, iş yerlərindəki sağlamlıq mühiti barədə məlumat əldə etməyə və işçilərin ən yaxşı mühitlə təmin olunmasına kömək edir.

Heyətimiz yerində ölçmələr aparmaq, nümunə götürmək və onları laboratoriyada sınaqdan keçirmək üzrə yüksək ixtisasa və təcrübəyə malikdir.

Xidmət sahələrimiz aşağıda sadalananlardır:

  • İçməli su keyfiyyət testləri;
  • Hovuz suyu testləri;
  • Qida Keyfiyyəti Testləri;
  • Yaxma testləri;
  • Asbest nümunələri və testləri;
  • Sənaye Gigiyena testləri;
  • İş yerlərinin attestasiyası.