Sağlamlıq Və Təhlükəsizliyin Təminatı

Azecolab lazımi testləri yerinə yetirərək, hovuzlarda və oxşar su istirahət mühitlərində mikrobik və kimyəvi təhlükələri müəyyən edə bilir.

Hovuzlar və buna bənzər su istirahət mühitlərində yaranmış xəstəlik və ya infeksiya riski əsasən suyun fekal çirklənməsi ilə bağlıdır. Bu hamam və ya çirklənmiş qaynaq suyundan çıxan nəcisdən və ya açıq hovuzlarda birbaşa heyvanların çirkləndirməsinin nəticəsi ola bilər (məsələn, quşlar və gəmiricilərdən). Hovuzlar və bənzər mühitlərə aid olan problemlərin çoxu dezinfeksiya tətbiq edilmədiyi və ya qeyri-kafi olduğu üçün baş verir. Hovuz suyu və ya ətraf əraziyə çirklənmənin sızması da patogen orqanizmlərin potensial qaynağıdır.

Hovuz suyu içərisində olan kimyəvi maddələr birçox qaynaqdan, dezinfeksiya edicilər və hovuz istifadəçilərindən suya qarışmış əlavələr (bunlar arasında tər, sidik, sabun qalıqları, kosmetika və günəşdən qorunma yağı daxil olmaqla) qarışa bilər.

Bu proqramın əhatə dairəsi nədir?

Bizim xidmətlərimizə aşağıdakılar daxildir:

Su hövzələrindən və oxşar su istirahət mühitlərindən su nümunələrinin götürülməsi;

Xüsusi yenidən istifadə edilə bilən tənəffüs cihazlarından yaxma nümunələrinin götürülməsi;

Bakterioloji (su və yaxma nümunələri) və kimyəvi testlərin aparılması;

Tədqiqatın nəticələrinin izahı və problemlərin həlli üçün məsləhət xidmətləri.

Bu proqramda kimlər iştirak edir?

Müştərilərinə yüksək xidmət göstərmək və onlar üçün təhlükəsiz mühit yaratmaq istəyən mehmanxanalar, universitetlər, məktəblər, idman mərkəzləri, təlim mərkəzləri.

Təklif olunan parametrlərin siyahısı:

Fiziki-Kimyəvi Parametrlər (su nümunəsi)

  • pH
  • Rəng
  • Qoxu
  • Bulanıqlıq
  • Xlor
  • Ümumi Xlor
  • Xlorid (Cl-)
  • Nitrat (NO3)
  • Sülfat (SO4)
  • Fosfat (PO4)

Bakterioloji parametrlər (su nümunəsi)

  • Ümumi koliformalar
  • Escherichia coli (bağırsaq çöpləri)
  • HPC 22 ° C-də
  • HPC 37 ° C-də
  • Legionella
  • Pseudomonas aeruginosa

Bakterioloji parametrlər (yaxma nümunəsi)

  • Escherichia coli (bağırsaq çöpləri)
  • Staphylococcus aureus