Azecolab müntəzəm olaraq davamlı müştəriləri üçün su, torpaq, hava və emal (proses) nümunələri üzrə laboratoriya işləri həyata keçirir.
BP AGT
Azecolab 2010-cu ildən BP və BP AGT sahəsində ətraf mühitin monitorinqi və aşağıda qeyd olunan laboratoriya test xidmətləri göstərir:
- Dənizdə ətraf mühitin monitorinqi – İllik dəniz monitorinq proqramları: Dəniz suyu, dib çöküntüsü, bentos və plankton növlərinin nümunələri, həmçinin fiziki-kimyəvi və taksonomiya testləri aparır.
- Quruda ətraf mühitin monitorinqi – havanın, yeraltı suyun, yerüstü suyun və torpaq keyfiyyətinin rüblük və illik nümunələrinin götürülməsi və testləri.
- Xəzərin xüsusi Eko-toksikoloji testləri
- Dəniz platformaları və MODUlarda boru monitorinqi
- Təmiz və içməli suyun keyfiyyəti, qida və yaxma testləri
- Dəniz və quru obyektləridə sənaye gigiyenası hava keyfiyyəti testləri
- BP personalının tətbiq etdiyi sənaye gigiyenası monitorinq avadanləqlarının kalibrlənməsi
- BP sahə laboratoriyasının PSA2, real vaxt monitorinq stansiyası və metroloji stansiyalarında fəaliyyət göstərməsi
AZFEN
Azecolab, 2008-ci ildən etibarən Azfen üçün ətraf mühitin monitorinqi və laboratoriya test xidmətinin təminatçısıdır:
- Tullantı su testləri
- Hidrotest suyu testləri
- Təmiz və içməli su testləri
- Sənaye gigiyenasının monitorinqi
SAIV, SCPX layihəsi (Azfen-Saipem)
Azecolab, 2015-ci ildən etibarən SAJV üçün ətraf mühitin monitorinqi və laboratoriya test xidmətləri təminatçısıdır:
- Təmiz su, içməli su, ərzaq nümunələri və testləri
- Sənaye gigiyenası hava keyfiyyəti testləri və səs / titrəmə monitorinqi
- SCPX tikinti sahəsində ətraf-mühit monitorinqi və ətraf-mühit vəziyyəti (baseline) – səth suyu və torpaq keyfiyyəti
- Tullantı suyu və palçıq testləri
- Torpaqda və havada asbest testləri
- Asbest əsas izleme və asbest çıxarılması xidmətləri
Azerbaijan International Mining Company
Azecolab, 2011-ci ildən etibarən AIMC üçün ətraf mühitin monitorinqi və laboratoriya test xidmətləri təminatçısıdır:
- Səth və yerüstü su nümunələri testləri
- Sianidlər üçün istehlak suyu nümunələri testləri
- İçməli su testləri
- toz, səs və radiasiya fon testləri daxil olmaqla, sənaye gigiyenasının hava keyfiyyətinin monitorinqi
TOTAL
Azecolab, 2010-cu ildən etibarən TOTAL üçün ətraf mühitin monitorinqi və laboratoriya testləri xidmətləri göstərir:
- Dənizdə ekoloji bünövrə və monitorinq layihələri
- Tullantı suyu və ekotoksikoloji testlər
HOLCIM
Azecolab, 2001-ci ildən etibarən HOLCIM üçün ətraf mühitin monitorinqi və laboratoriya testləri xidmətləri göstərir:
- Boru emissiyaları və filter effektivliyi monitorinqi üzrə xidmətlər
- Tullantı suyu və təmiz su testləri
- səs ölçmələri daxil olmaqla, sənaye gigiyenasının monitorinqi
Caspian Marine Services
Azecolab, 2014-cü ildən etibarən CMS üçün ətraf mühitin monitorinqi və laboratoriya testlərii xidmətləri göstərir:
- Yük gəmiləri tullantı suyu nümunələri testləri
- Asbest bünövrə monitorinqi, və asbestin kənarlaşdırılması və kapsulasiya xidmətləri
Caspian Drilling Company
Azecolab, 2011-ci ildən bu yana CDC üçün laboratoriya testləri xidmətləri göstərir:
- Təmiz su nümunələri testləri
- İstehlak suyu nümunələri testləri
MAERSK
Azecolab MAERSK üçün 2012-ci ildən etibarən ətraf mühitin monitorinqi və laboratoriya testləri xidmətləri göstərir:
- HA MODU tullantı su nümunələri testləri
- HA MODU təmiz su və yemək nümunələri testləri
Schlumberger
Azecolab, Schlumberger üçün 2011-ci ildən etibarən ətraf mühitin monitorinqi və laboratoriya testləri xidmətləri göstərir:
Hava keyfiyyəti, toz və səs ölçmələri daxil olmaqla, sənaye gigiyenasının monitorinqi
- Boru emissiyaları və filter effektivliyi monitorinqi üzrə xidmətlər
- Ekotoksikoloji testlər
International SOS
Azecolab, International SOS şirkətini, tibbi avadanlıqların kalibrlənməsi, elektrik təhlükəsizliyi və performans yoxlaması ilə təmin edir:
- Xəstə monitorları;
- Qan təzyiqi (NIBP) monitorları;
- Defibrilyatorlar;
- Avtomatlaşdırılmış defibrilyatorlar (AED);
- Oksimetr (SpO2) monitorları;
- Elektrokardioqraflar;
- Vantilatorlar;
- Aspiratorlar / Sorma cihazları;
- Təzyiq ölçmə cihazları