Hazırda Azecolab idarəetmə sistemi ISO 9001, OHSAS 18001 və ISO 14001 standartlarına cavab verir. Azecolab laboratoriya idarəetmə sistemi ISO 17025 və OECD GLP-yə uyğun fəaliyyət göstərir.
Azecolab laboratoriyası 2011-ci ildən etibarən TÜRKAK tərəfindən ISO 17025-dən akkreditə olunmuşdur. TURKAK – EA, IAF və ILAC-ın tam üzvüdür. Bu akkreditasiyalar, Azecolab test nəticələrinin qlobal miqyasda etibarlı olduğunun göstəricisidir.
Azecolab OH&S İdarəetmə Sistemi 2008-ci ildən etibarən DNV GL tərəfindən təsdiq edilmişdir (OHSAS 18001).
Azecolab Ətraf Mühitin İdarə olunması Sistemi 2010-cu ildən etibarən DNV GL tərəfindən təsdiq edilmişdir (ISO 14001).
Azecolab laboratoriyası həmçinin Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən akkreditə olunmuşdur.