İmkanlarımız
Nümunələrin Götürülməsi və Sahə Testləri
Quyulardan, separatorlardan və təmizləyici qurğulardan istehsal suyu nümunələrinin götürülməsi
Yerində əsas parametrlərin test olunması: pH, duzluluq, bulanıqlıq, həll olunmuş oksigen və temperatur
Nümunələrin bütövlüyünü qorumaq üçün soyuduculu saxlanma və temperatur nəzarətli daşınma
Laborator Testlər və Analizlər
İstehsal sularının tərkibi geoloji quruluş, hasilat üsulu və istismar proseslərindən asılı olaraq dəyişir. Buna görə də testlərin əhatə dairəsi müştərinin məqsədləri və normativ tələblər əsasında fərdiləşdirilmiş şəkildə müəyyən edilir.
Ümumi Test Kateqoriyaları
Müştəri Tələblərinə Əsasən Müəyyən Olunur
Fiziki və Kimyəvi Analizlər
- Duzluluq, pH, ümumi həll olmuş maddələr (TDS), ümumi asılı maddələr (TSS)
- Yağ və yağlı maddə miqdarı (karbohidrogen çirklənməsi)
- Kimyəvi oksigen tələbi (COD) və Bioloji oksigen tələbi (BOD)
- Ağır metallar (qurğuşun, civə, arsen, kadmium və s.)
- Sulfatlar, xloridlər, nitratlar və digər həll olunmuş ionlar
- Çöküntüyaradıcı potensial (kalsium, maqnezium, barium, stronsium)
- Təbii radioaktiv maddələrin (NORMs) analizi
Orqanik və Karbohidrogen Analizi
Ümumi neft karbohidrogenləri (TPH) analizi
Benzol, toloul, etilbenzol və ksilol (BTEX) testləri
- Poli-siklik aromatik karbohidrogenlər (PAH-lar)
- Uçucu və yarı-ucucu orqanik birləşmələr (VOC və SVOC-lar)
Xidmətlərimizdən Kimlər İstifadə Edir?
İstehsal sularının test xidmətlərimiz aşağıdakılar üçün vacibdir:

Neft və qaz sənayesi – normativ uyğunluğun təmin edilməsi və monitorinq üçün

Tədqiqat və nəzarət qurumları – ekoloji qiymətləndirmə və tənzimləmə məqsədləri üçün
Niyə Azecolab?
Müştəriyəxas Testlər
Xidmətlərimiz layihə məqsədlərinə və normativ uyğunluq tələblərinə əsasən fərdiləşdirilir.
Sənaye Standartlarına Uyğun Metodlar
Dəqiq nəticələr üçün beynəlxalq səviyyədə tanınmış standartlardan (EPA, ASTM, ISO) istifadə edirik.
Sahə və Laboratoriya Testləri
Operativ və etibarlı həllər – həm yerində sürətli testlər, həm də laboratoriyada dərinləşdirilmiş analiz.
Normativ Uyğunluq
Müəssisələrə yerli, milli və beynəlxalq ekoloji tələblərə cavab verməkdə dəstək göstəririk.