Sağlamlıq Və Təhlükəsizliyin Təminatı

Azecolab mikrobioloji testlər aparmaq üçün yaxma nümunərinin götürülməsini həyata keçirir. Azecolab müştərilərinə aşağıda göstərilən problemlər barədə qərar qəbul etmələrinə kömək etmək üçün yaxma nümunələrinin götürülməsi təcrübəsinə malikdir:

  1. Hava keyfiyyəti preoblemləri üçün yaxma nümunələrinin götürülməsi – Bu zaman yaxma nümunəsi kondisionerlər və ventilyasiya sistemlərindən götürülür. Test olunan parametrlər aşağıda sadalananlardır:

Bakterioloji parametrlər (hava, yaxma nümunəsi)

Legionella

Maya və Kif

  1. Legionella testlərini yerinə yetirmək üçün duş başlıqlarından və krantlardan nümunə götürülməsi;
  2. Mətbəxlərdə gigiyena və sanitariya şəraitinin müəyyənləşdirilməsi üçün yaxma nümunəsi – potensial çirklənmə mənbələri üçün yaxma nümunəsi mətbəx masalarının səthindən, mətbəx ləvazimatlarından, mətbəx işçilərinin əllərindən, mətbəx işçilərinin formalarından və s. alına bilər. Adətən bu cür nümunələr qida keyfiyyəti proqramının heyata keçirilməsinin bir hissəsidir. Toplanan yaxma nümunələrinə görə aşağıdakı mikrobioloji testlər aparılır:

Bakterioloji parametrlər (yaxma nümunəsi)

Ümumi koliformalar

Escherichia coli (bağırsaq çöpləri)

Staphylococcus aureus

Ümumi bakteriya sayı

  1. Xüsusi yenidən istifadə edilə bilən tənəffüs aparatlarından yaxma nümunəsi götürülməsi adətən hovuz suyu keyfiyyəti testləri və aşağıdakı bakterioloji testlər ilə birlikdə aparılır:

Bakterioloji parametrlər (yaxma nümunəsi)

Escherichia coli (bağırsaq çöpləri)

Staphylococcus aureus